Azərbaycanda bir nəfər dəm qazından, başqa biri isə sirkə turşusundan zəhərlənərək ölüb

Azərbaycanda bir nəfər dəm qazından, başqa biri isə sirkə turşusundan zəhərlənərək ölüb
14:02 26 Dekabr 2015
17 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 26 dekabr. REPORT.AZ/ Azərbaycanda bir nəfər dəm qazından, başqa biri isə sirkə turşusundan zəhərlənərək dünyasını dəyişib. "Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 25-də Sumqayıt şəhərində yaşayan Turan Abdullayev evində dəm qazından zəhərlənərək ölüb. 
Sirkə turşusundan zəhərlənmə hadisəsi isə Suraxanı rayonunda qeydə alınıb. Belə ki, dekabrın 13-də Suraxanı rayonunun Əmircan qəsəbəsində yaşayan Sevil Aslanova ehtiyatsızlıqdan sirkə turşusu içməsi nəticəsində xəstəxanaya yerləşdirilib və dekabrın 25-də orada ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/azerbaycanda-bir-nefer-dem-qazindan-basqa-biri-ise-sirke-tursusundan-zeherlenerek-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR