Filippində radikalların hücumu nəticəsində 9 nəfər ölüb

Filippində radikalların hücumu nəticəsində 9 nəfər ölüb
14:17 26 Dekabr 2015
19 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 dekabr. REPORT.AZ/ Filippinin cənubunda radikalların həyata keçirdiyi terror aktları nəticəsində 9 nəfər ölüb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, terror hücumu "Banqsamoro İslam Qurtuluş əsgərləri" hərəkatının yaraqlıları tərəfindən edilib.
Hökumət rəsmisi Miriam Ferrerin sözlərinə görə, yaraqlıların Mindanao adasındakı Sultan Kudarat vilayətində fermerlərin yaşadığı qəsəbəyə hücumu zamanı 7 nəfər ölüb. Eyni zamanda, daha bir neçə nəfər əsir götürülsə də, sonradan ordunun əsgərləri onları xilas edib.
Şimali Kotabato əyalətində isə yaraqlıların kilsəyə hücumu nəticəsində 2 dinc sakin öldürülüb.
Məlumata görə, hökumət ordusu "Banqsamoro İslam Qurtuluş əsgərləri" hərəkatının 4 üzvünü məhv edə bilib.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/filippinde-radikallarin-hucumu-neticesinde-9-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR