Ağacda 2 nəfərlik otel

Ağacda 2 nəfərlik otel
14:18 26 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 26 dekabr, Ramiz Quliyev, AZƏRTAC
İsveçin paytaxtı Stokholm ətrafında, Xarads adlanan ərazidə “Tham + Videgard Hansson Arkitekter” studiyasının memarları tərəfindən ağac budaqları üzərində kiçik otelin layihəsi hazırlanıb.
AZƏRTAC Arxinovosti saytına istinadla xəbər verir ki, otelin konstruksiyası alüminium materialdan olmaqla ağacın gövdəsi üstündə yerləşdiriləcək. Fasadı isə işığı əks etdirən şüşədəndir.
Otel sakini otağına kəndir pilləkənlə qalxa bilər. İkinəfərlik nömrədə 2 nəfər üçün çarpayı, kiçik mətbəx, vanna otağı, hətta qonaq qəbul etmək üçün məkan da nəzərdə tutulub.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Agacda_2_neferlik_otel-914636

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR