Rafet El Romanın Bakı konsertinə 3 gün qaldı - video

Rafet El Romanın Bakı konsertinə 3 gün qaldı - video
14:21 26 Dekabr 2015
24 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyəli müğənni Rafet El Roman dekabrın 29-da Bakıda konsert verəcək.

Axşam.az-ın məlumatına görə, Nahid Emiloğlunun təşkil etdiyi gecə Bakı Əyləncə Mərkəzində baş tutacaq.

İfaçı paytaxtımıza xanımı ilə birlikdə gələcək.

N.Emiloğlu konsertin möhtəşəm keçəcəyini iddia edib:

“Devalvasiya və ya digər məsələlər bizim konsertə mane ola bilmədi. Rafet bir gündən sonra Bakıya gələcək. Möhtəşəm şou hazırlamışıq. Rafet sevilən mahnıları ilə yanaşı yeni bəstələr də səsləndirəcək”.

Konsertə biletlərin qiyməti 150-200 manat arası nəzərdə tutulub. Tədbirin aparıcısı Zaur Nəbioğludur.
Gecəyə bilet əldə etmək istəyənlər (051) 845 00 00 nömrəsi ilə əlaqə saxlaya bilərlər.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43213

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR