Qusarda yarmarka açıldı (FOTO)

Qusarda yarmarka açıldı (FOTO)
14:26 26 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+

Qusarda kənd təsərrufatı yarmarkası keçirilib. Qiymətlərin qalxmasından narazı olan sakinlər üçün bunu rayonda yeni il hədiyyəsi saymaq olar.

Yeni il ərəfəsində təşkil edilən kənd təsərrüfatı yarmarkasına rayonun 28 ərazi vahidliyindən 30 çeşidə yaxın kənd təsərrufatı məhsulu çıxarılıb.

Manatın devalvasiyası, qiymətlərin bahalaşması fonunda belə yarmarkaların keçirilməsi əhali üçün sərfəlidir. Alıcılar da bazarla müqayisədə qiymətlərin ucuz olduğunu deyirlər.


Qusarda yarmarka

Müştəri qismində yarmarkaya gələn Tənzifə Əliyevanın sözlərinə görə, bazarda 1 kq ətin qiyməti 8-9 manatdir. yarmarkada isə bu 6-7 manat arasında dəyişir. "Kartof bazarda 1 manat, burada 60 qəpik, kələm 30 qəpikdir".

Kənd təsərrüfatı yarmarkaları ilin sonuna kimi davam edəcək.





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR