Azərbaycanın Özbəkistandakı Mədəniyyət Mərkəzi xeyriyyə tədbiri keçirib

Azərbaycanın Özbəkistandakı Mədəniyyət Mərkəzi xeyriyyə tədbiri keçirib
14:27 26 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 26 dekabr. REPORT.AZ/ Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşkil etdiyi xeyriyyə tədbiri keçirib.
Mədəniyyət Mərkəzindən "Report"a verilən məlumata görə, Daşqənddəki 30 saylı uşaq evində keçirilən tədbir 31 dekabr - Dünya azərbaycanlılarının həmrəylik günü və yeni il bayramına həsr olunub.
Bayram tədbirində çıxış edən 30 saylı uşaq evinin direktoru Firuza Osmanxocayeva Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsini yüksək qiymətləndirərək Azərbaycan dövlətinə öz təşəkkürünü bildirib. O, uşaq evində olan azərbaycanlı uşaqlar haqqında məlumat vermiş və gələcəyin istedadlarının yetişməsində bu cür tədbirlərin rolunu qeyd edib.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov rəhbərlik etdiyi təşkilat tərəfindən istedadlı uşaqların üzə çıxarılması, iki ölkə arasında mədəni, dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən layhələr barədə məlumat verib. O, bu sahədə Heydər Əliyev Fondunun Azərbaycanda və dünyada çoxsaylı xeyriyyə tədbirlərini həyata keçirdiyini qeyd etdi.
Daha sonra uşaq evinin istedadlı uşaqları tərəfindən hazırlanmış konsert proqramı və səhnəciklər nümayiş olundu.
Tədbirin sonunda Azərbaycan Mədəniyyət Mərkəzinin bayram sovqatı və hədiyyələr uşaqlara təqdim olundu. Onlar milli xörəklərə, şirniyyatlara qonaq edildilər.
Qeyd edək ki, Daşkənddəki 30 saylı uşaq evində 150 uşaq yaşayır və təhsil alır. Onlardan 8-i azərbaycanlıdır.









Xəbərin orijinal ünvanı: http://report.az/medeniyyet-siyaseti/azerbaycanin-ozbekistandaki-medeniyyet-merkezi-xeyriyye-tedbiri-kecirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR