“DəmirBank”ın reytinqi "B" səviyyəsində saxlanılıb

“DəmirBank”ın reytinqi "B" səviyyəsində saxlanılıb
14:38 26 Dekabr 2015
44 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 26 dekabr, AZƏRTAC
Üzən məzənnə rejiminə keçiddən sonra “Fitch Ratings” Beynəlxalq Reytinq Agentliyi Azərbaycan banklarının yenidən qiymətləndirilməsini aparıb. Bu qiymətləndirmə nəticəsində agentlik “Dəmirbank”ın reytinqini "B" olaraq təsdiqləyərək bankın kredit proqnozunu dəyişib.
Bankdan AZƏRTAC-a verilən məlumata görə, qeyd olunmuş dəyişikliklə əlaqədar banklar üçün əsas gözlənilən çətinliklər müştərilərin dollarda olan öhdəliklərinin yerinə yetirilməsi ilə bağlıdır. Bu məsələ üzrə yarana biləcək çətinliklərin qısa müddətdə aradan qaldırılması üçün bank tərəfindən irimiqyaslı Tədbirlər Planı hazırlanılır.
Həmçinin, valyuta mövqeyinin düzgün idarə edilməsi, yüksək likvidlik səviyyəsi və dayanıqlı kapitallaşma nəticəsində, hazırda “DəmirBank” Mərkəzi Bankın müvafiq requlyativ tələblərinə cavab verir və maliyyə stabilliyinə dair heç bir çətinliyi yoxdur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/DemirBankin_reytinqi__quotB_quot_seviyyesinde_saxlanilib-914639

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR