Bakıda gilasın bir kilosu 98 manatdır - FOTOFAKT

Bakıda gilasın bir kilosu 98 manatdır - FOTOFAKT
14:57 26 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda "Sahil" metro stansiyasının yaxınlığında yerləşən dükanların birində yay meyvəsi olan gilasın 0,492 kiloqramı 48,22 azn-ə satışa çıxarılıb. Bir kilosu isə 98 manat hesablanır.

Milli.Az hafta.az-a istinadən xəbər verir ki, dükanın daimi müştərisi olan Bakı sakininin verdiyi məlumata görə, marketdə yay meyvələrinə əvvəl də rast gəlinirdi, amma indiki qiymətə yox: "Hazırda marketdə satılan gilasın qiyməti azı 2 dəfə bahalaşdırılıb". 

Qeyd edək ki, ölkəmizin bir sıra rayonlarında yay meyvələrinin qoruyub, qış aylarında satışa çıxarılması üçün xüsusi soyuducular hazırlanıb. Göründüyü kimi, bu soyuducular qiymətlərin enməsinə heç bir təsir göstərə bilməyib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR