Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə müraciət qəbul etdi

Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə müraciət qəbul etdi
14:33 30 Dekabr 2014
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir Elçin Mehdiyev/

Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə müraciət qəbul edib.

Trend-in məlumatına görə, Milli Məclisin vitse-spikeri Bahar Muradova tərəfindən oxunan müraciətdə deyilir ki, Azərbaycanın yeni tarixinə xalqımızın milli-mənəvi bütövlük arzusunun təcəssümü kimi daxil olmuş 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü bəzən tarixin gedişi, bəzən də taleyin hökmü ilə dünyanın dörd bir yanına səpələnmiş soydaşlarımızın dil, əqidə və əməl birliyinin yaradılmasını ümummilli vəzifə kimi irəli sürür.

Müraciətdə daha sonra qeyd edilib ki, sürətlə dəyişən dünyada xalqımızın gücünü bir yerə toplamaq əzmindən güc alan Həmrəylik Günü bir-birindən ayrı düşən soydaşlarımızın milli mənlik şüuru ətrafında sıx birləşməsi prosesinin başlanğıcını qoyub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR