Avstraliyada baş verən yanğında 1600 nəfər evakuasiya edilib

15:18 26 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 26 dekabr, Elvin Camalov, AZƏRTAC
Avstraliyanın Viktoriya ştatında baş verən meşə yanğını nəticəsində turistlərlə birgə 1600 nəfər evakuasiya edilib.
AZƏRTAC “japantimes.co.jp” saytına istinadla xəbər verir ki, yanğın 2,2 min hektar ərazini məhv edib və təxminən 53 ev tamamilə yanaraq külə dönüb. Hadisə baş verən əraziyə 300-dən çox yanğınsöndürən və 18 təyyarə cəlb olunub.
Yanğın başqa şəhərə çatmağına 500 metr qalmış söndürülüb. Hadisənin başvermə səbəbi araşdırılır.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Avstraliyada_bas_veren_yanginda_1600_nefer_evakuasiya_edilib-914649

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR