Rusiya Banqladeşdə iki atom elektrik stansiyası inşa edəcək

Rusiya Banqladeşdə iki atom elektrik stansiyası inşa edəcək
15:18 26 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 26 dekabr, AZƏRTAC
Rusiya Banqladeşlə bu ölkədə iki atom elektrik stansiyası (AES) tikmək barəsində razılığa gəlib.
AZƏRTAC utro.ru saytına istinadla xəbər verir ki, iki AES-in ümumi dəyəri 12 milyard 650 milyon dollar təşkil edəcək. Rusiya bu məbləğin 90 faizini kredit qismində ayıracaq. Kredit 10 illik güzəştlə 28 il müddətinə veriləcək. Bu barədə Banqladeşin Elm və Texnologiya Nazirliyinin nümayəndəsi Kamrul İslam Bxiyan deyib.
İlk AES-in birinci blokunun 2022-cı ildə, ikinci stansiyanın birinci blokunun isə 2023-cü ildə istifadəyə verilməsi planlaşdırılır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rusiya_Banqladesde_iki_atom_elektrik_stansiyasi_insa_edecek-914648

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR