Keçmiş prezidentin evini yandırmaq istədilər (FOTO, VİDEO)

Keçmiş prezidentin evini yandırmaq istədilər (FOTO, VİDEO)
15:26 26 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın keçmiş prezidenti Bil Klintonun Arkanzas ştatındakı evi yandırılıb.

ANS PRESS-in xarici mətbuata istinadla verdiyi məlumata görə, yanğın evin çölündə başlayıb. Daha sonra yanğının əhatə dairəsi böyüyüb və evi bürüyüb. Yanğınsöndürənlər hadisə yerinə tez çatdığı üçün yanğın evə çox ziyan vurmayıb.

Hadisə yerinə gələn polislərin mətbuata verdiyi açıqlamada bildirilir ki, yanğından sonra ətrafa pis qoxu yayılıb. Polisin məlumatına görə, evə qəsdən tez alışan maddə ilə od vurula bilər.

Sabiq prezident Bill Klinton uşaqlığını bu evdə keçirib. Bu ev onun nənə-babsına aid olub. Bil Klinton həmin evdə 4 yaşına kimi yaşayıb. İndi isə ev muzey kimi fəaliyyət göstərir.


Bil Klintonun evi yanğından sonra

Bil Klinton ABŞ-ın 42-ci prezidenti (1993-2001) olub. Onun hakimiyyəti dövründə ABŞ Yuqoslaviyaya qarşı (1999) genişmiqyaslı hərbi kampaniya təşkil etmişdi. 1998-ci ildə mətbuatda Bill Klintonun öz katibəsi Monika Levinski ilə 1996-cı ildə olan intim əlaqələri barədə məlumatlar yayılıb.


ABŞ-ın sabiq prezidenti Bil Klinton və həyat yoldaşı Hillari Klinton

Bu xəbərlər prezidentin qeyd olunan məsələ ilə bağlı yalan danışdığı iddialarına səbəb oldu və ona qarşı impiçment prosedurunun başlanması ilə nəticələndi. Lakin sonda ABŞ Senatı impiçment tələbini rədd edən qərar qəbul etdi. Bununla da Bill Klinton ABŞ tarixində məsuliyyətə cəlb olunan 3-cü ABŞ Prezidenti oldu. Bil Klintonun həyat yoldaşı Hillari Klinton ABŞ-ın dövlət katibi vəzifəsində çalışıb.


Yanğından sonra hadisə yeri

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368231

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR