Bakıda valyutadəyişmə məntəqələri Mərkəzi Bankın tələbini pozur

15:42 26 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Monitorinqin nəticələrinə görə, dolların ən yaxsı alış məzənnəsi 1,57 AZN/USD, ən yaxşı satış məzənnəsi isə 1,560 AZN/USD olub. Bəzi valyutadəyişmə məntəqələrində isə hətta 1,562 AZN/USD manatla da dollar satışı həyata keçirilir.
Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, valyuta mübadilə məntəqələri alış-satış əməliyyatlarını maksimum 2%-lik marja ilə apara bilər. Yəni, valyutanın müştərilərdən alış qiyməti rəsmi məzənnədən maksimum 2% az, satışında isə maksimum 2% çox ola bilər.
Nəzərə alsaq ki, manatın rəsmi məzənnəsi 1,5540 AZN/USD müəyyən edilib və müvafiq qanunvericiliyə görə, minimal alış dəyəri 1,5230 AZN/USD, maksimal satış dəyəri isə 1,5850 AZN/USD olmalıdır.
Müşahidələr onu göstərib ki, bu gün bir çox valyutadəyişmə məntəqələri vaxtından tez bağlanıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR