İmişlidə baş verən yol-nəqliyyat hadisəsində üç nəfər ölüb

İmişlidə baş verən yol-nəqliyyat hadisəsində üç nəfər ölüb
16:13 26 Dekabr 2015
72 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 26 dekabr, AZƏRTAC
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dekabrın 26-da saat 1 radələrində İmişlidə rayon sakini Elçin Kərimovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil yol kənarında dayanan, Nazim Pənahova məxsus “ZİL” markalı avtomobilə çırpılıb. Nəticədə “VAZ-2107”də olan sərnişinlər Elçibəy Mürşüdov, Valeh Əmirov və Samir Cavadov hadisə yerində ölüb, sürücü isə xəsarətlə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı cinayət işi açılıb, İmişli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Imislide_bas_veren_yol_neqliyyat_hadisesinde_uch_nefer_olub-914671

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR