Sabunçuda yol qəzası - 1 ölü

Sabunçuda yol qəzası - 1 ölü
16:27 26 Dekabr 2015
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabunçu rayonunun Maştağa qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, dekabrın 25-də saat 01:00 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Maarif İsayev vurulub. Nəticədə piyada xəstəxanaya yerləşdirilib və orada ölüb.

Faktla bağlı Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR