Lebron Ceyms: "Müdafiədə belə oynamağa davam etsək..."

Daha öncə "Qolden Steyt Uorriors"un "Klivlend Kavalyers"i 89:83 hesabı ilə məğlub etdiyi barədə xəbər vermişdik.

Oyundan sonra "Kavalyers"in ulduzu Lebron Ceyms mətbuat nümayəndələrinin qarşısına çıxıb. O, müdafiənin etibarlı olduğuna işarə vurub:

"Oyunumuzla uğur qazanmağa layiq idik. Müdafiədə belə oynamağa davam etsək, bizi məğlub etmək asan olmayacaq. Hücumda oyunumuz alınmadı. Tək məndə yox, heç kimdə alınmadı".

Lebron Ceyms "Qolden Steyt Uorriors"la görüşdə 25 xal, 9 ribaund, 2 assist və 2 top oğurlama ilə yadda qalmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR