Boks üzrə Azərbaycan çempionatının ikinci gününə start verilib

16:33 26 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 26 dekabr, Samirə Allahverdiyeva, AZƏRTAC 
Azərbaycan Boks Federasiyasının Boks Mərkəzində böyüklər arasında Azərbaycan çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, 200-dən çox idmançının mübarizə apardığı yarışın ikinci günündə 10 çəki dərəcəsində döyüşlər keçirilir.
Birincilikdə “Neftçi”, “Qızıl əlcək”, “Rabitəçi”, “Sərhədçi”, “Gömrükçü”, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti, “Zenit”, “Lokomotiv” klubları ilə yanaşı, regionların təmsilçiləri də iştirak edirlər.
Yarışların baş hakimi Fuad Aslanov, baş məsləhətçisi isə Rövşən Hüseynovdur.
Çempionat dekabrın 29-dək davam edəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Boks_uzre_Azerbaycan_chempionatinin_ikinci_gunune_start_verilib-914674

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR