Təhsil Nazirliyində kollegiya iclası keçirilib

Təhsil Nazirliyində kollegiya iclası keçirilib
16:59 26 Dekabr 2015
50 Sosial
Ölkə mətbuatı
A- A+

Dekabrın 26-da Təhsil Nazirliyində “2015-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda kollegiya iclası keçirilib.

 

Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumat görə, tədbirdə kollegiya üzvləri ilə yanaşı, nazirliyin məsul işçiləri, müvafiq struktur bölmələrin və şöbələrin rəhbərləri, ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.

 

Kollegiya iclasında Təhsil Nazirliyi tərəfindən 2015-ci ildə təhsil sistemində müasir idarəetmə modelinin tətbiqi, keyfiyyətin yüksəldilməsi, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi, şəffaflığın təmin edilməsi və digər müvafiq istiqamətlər üzrə həyata keçirilmiş islahatlar, tədbirlər və növbəti təqvim ilində qarşıda duran məsələlər müzakirə olunub.

 

Təhsil naziri Mikayıl Cabbarov qeyd edib ki, həyata keçirilən məqsədyönlü islahatlar nəticəsində təhsil sahəsində müsbət göstəricilərin əldə olunmasına baxmayaraq, bəlli hədəflərə çatmaq üçün görüləsi işlər də kifayət qədərdir. Nazir qazanılan nailiyyətlər, qarşıda duran vəzifələr, mövcud problemlər və onların aradan qaldırılması yolları, müvafiq istiqamətlər üzrə həyata keçiriləcək işlərin səmərəliliyinin artırılmasına xidmət edən tədbirlər haqqında fikirlərini bildirib.

 

Sonra Təhsil Nazirliyi aparatının rəhbəri Mətin Eynullayev hesabat məruzəsi ilə çıxış edib.

 

Daha sonra hesabat məruzəsində qeyd olunan məsələlərlə bağlı müzakirələr aparılıb, təklif və tövsiyələr səsləndirilib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226710

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR