Dünyanın ən kök adamı vəfat edib

Dünyanın ən kök adamı vəfat edib
17:38 26 Dekabr 2015
82 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 26 dekabr, AZƏRTAC
Dünyanın ən kök adamı hesab olunan Andres Moreno Meksikanın Syudad Obreqon şəhərində vəfat edib.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, 38 yaşlı Morenonun ölümünə peritonitin fəsadları və infarkt səbəb olub. Bu yaxınlaradək 444 kiloqram çəkisi olan meksikalı oktyabrın sonunda mədəsindən əməliyyat olunmuş və 323 kiloqrama qədər arıqlamışdı. Noyabrın sonlarında isə kəskin peritonit səbəbi ilə yenidən əməliyyat keçirmişdi.
Öz həyatını dəyişməyə söz verən Moreno bütün cərrahi əməliyyatlardan sonra müstəqil surətdə 30 kiloqrama qədər arıqlamağa nail olmuşdu.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR