Müdafiə Nazirliyi KİV nümayəndələrinə akkreditə kartları təqdim etdi

Müdafiə Nazirliyi KİV nümayəndələrinə akkreditə kartları təqdim etdi
17:42 26 Dekabr 2015
10 Digər
Ölkə mətbuatı
A- A+

Müdafiə Nazirliyində akkreditə olunmuş kütləvi informasiya vasitələri nümayəndələrinin bir qrupuna dekabrın 26-da akkreditə kartlarının təqdim olunması mərasimi keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ilkin mərhələdə 10 KİV-dən təqdim edilən sənədlər müvafiq prosedurdan keçdikdən sonra 40-dan artıq media nümayəndəsi üçün akkreditə kartları hazırlanıb.

Tədbirdə müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev akkreditə olunmuş KİV nümayəndələrinə kartları təqdim edib.

Qeyd edək ki, akkreditə olunma "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2014-cü il tarixli 742 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 avqust 2015-ci il tarixli 279 nömrəli qərarı ilə təsdiq edilmiş "Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası"na əsasən həyata keçirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/393344.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR