Azərbaycan 71 ölkəni geridə qoydu

Azərbaycan 71 ölkəni geridə qoydu
19:11 26 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan 20015-ci il üzrə inkişaf etmiş ölkələr sırasında 71-ci yerdədir.

ANS PRESS-in məlumatına görə, Londonun müstəqil Legatum İnstitut təşkilatı maraqlı bir siyahı hazırlayıb. Bu siyahıya 20015-ci ildə inkişaf etmiş 142 ölkənin adı daxil edilib.

Təşkilat hazırladığı siyahıda ölkələri aşağıdakı prinsiplərə görə sıralayıb:



Siyahısa birinciliyi Norveç edir. Ümumiyyətlə, Norveç səkkiz ildir ki, bu birinciliyi qoruyub saxlayır. Skandiyaviya ölkələri 2015-ci il üçün seçilən ən inkişaf etmiş ölkələr sırasındadır. Belə ki, İsveçrə ikinci, Danimarka isə sadalanan meyarlara görə, üçüncü yerdə bərqərar olub.

Azərbaycan siyahıda 71-ci yerdədir, ona qonşu olan ölkələr Rusiya 58-ci, Türkiyə 78-ci, Ermənistan 93-cü, Gürcüstan 80-ci, İran isə 106-cı yerdədir.

Siyahını bütün reytinqlərdə olduğu kimi bu reytinqdə də Afrika ölkələri bağlayır.

Hər il Londonun müstəqil Legatum İnstitut təşkilatı tərəfindən hazırlanan bu reytinqdə əsas məqsəd ilbəil dünya ölkələrinin tərəqqisinin nə dərəcədə dəyişdiyini bilməkdir. Reytinqi 142 ölkəsi, dünya əhalisinin 96%-i və dünya ümumi daxili məhsulun (ÜDM) 99%-i əhatə edib.


Dünya ölkələri haqqında videoçarxda







Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368248

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR