Qaynar Toyota hazırlandı - FOTO

Qaynar Toyota hazırlandı - FOTO
19:37 26 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Yaponiyanın Gazoo Racing yarış komandası əsl döyüşkən Toyota GT86 - GRMN 86 hazırlayıb. Daha çox güc, aerodinamika və sürətə sahib olan sportkardan cəmi 100 ədəd buraxılacaq. 

Milli.Az 4charx.com-a istinadən bildirir ki, trek yarşları üslubunda hazırlanan ikiqapılı avtomobil karbon plastikdən hazırlanan yeni aerodinamik yük, kapot, baqaj, dam örtüyü və spoylerə sahib olub. Mühəndislər GRMN 86 versiyasının sadə GT modelindən 20 kq daha yüngül olduğunu bildiriblər - 1230 kq. Həmçinin, şassinin təkminləşməsi barədə də məlumat verilib, bu da sərtliyin və asmanın idman üslubunun artmasına səbəb olub. 

Bundan əlavə altı və dörd porşen mexanizmli gücləndirilən əyləcləri, kapot altında isə təkminləşən iki litrli 219 atlı oppozit mühərriki qeyd etmək lazımdır. Güc aqreqatı altı pilləli mexaniki sürətlər qutusu ilə birgə işləyir.
Azsayda buraxılacaq sportkarın qiyməti isə $55 000 təşkil edəcək.
Milli.Az




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR