Qusarda bayram yarmarkası dekabrın sonunadək davam edəcək

Qusarda bayram yarmarkası dekabrın sonunadək davam edəcək
19:38 26 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+


Qusar, 26 dekabr, Elxan Yusifli, AZƏRTAC
Yeni il bayramı ərəfəsində Qusar sakinləri üçün bir sıra ərzaq və kənd təsərrüfatı mallarını daha ucuz qiymətə almaq imkanı yaradılıb.
AZƏRTAC xəbər verir ki, dekabrın 26-dan etibarən Qusar şəhərində bayram satış yarmarkası açılıb.
Yarmarkada rayonun 28 inzibati ərazi vahidliyindən satışa 30 növdə məhsul çıxarılıb. Ərzaq və kənd təsərrüfatı malları sakinlərə bazardakı qiymətindən 15-20 faiz ucuz təklif olunur.
İstehsal etdikləri məhsulları sərfəli qiymətə satan fermerlər yarmarkanın təşkilindən razılıqlarını bildiriblər.
Bayram satış yarmarkası dekabrın sonunadək davam edəcək.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qusarda_bayram_yarmarkasi_dekabrin_sonunadek_davam_edecek-914730

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR