Prezident Administrasiyanın maşını qəzaya düşdü

Prezident Administrasiyanın maşını qəzaya düşdü
19:47 26 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+

Prezident Administrasiyasına məxsus BMW markalı avtomobil qəzaya düşüb.
Milli.Az musavat.com-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda H.Seyidzadə küçəsində baş verib.

Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Teymur Rəhimovun idarə etdiyi, Prezident Administrasiyasına məxsus BMW markalı 10 PA 580 dövlət nömrə nişanlı avtomobil Bakı sakini, 1967-ci il təvəllüdlü Leyla Abdullayevanın idarə etdiyi "Okean avto" MMC-yə məxsus "Hyundai Accent" markalı 10 PT 068 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Hər iki avtomobilə zərər dəyib.

Sürücülərdən ağır xəsarət alan olmayıb.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/393360.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR