Terrorçular İraqın Mosul şəhərində 837 qadını edam ediblər

Terrorçular İraqın Mosul şəhərində 837 qadını edam ediblər
19:52 26 Dekabr 2015
65 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 dekabr. REPORT.AZ/ "İraq-Şam İslam Dövləti" terror qruplaşmasının (İŞİD) üzvləri İraqın Mosul şəhərində 837 qadını edam ediblər. Tibb işçiləri şəhərin işğal edilən məqamdan öldürülən qadınların sayının məhz bu qədər olduğunu hesablayıblar.
"Report" xəbər verir ki, bu barədə DPA agentliyinə istinadən RİA "Novosti" məlumat yayıb.
Qadınların əksəriyyəti terrorçular tərəfindən təsis edilən "şəriət məhkəməsi"nin çıxardığı hökmdən sonra qətlə yetiriliblər.
Qeyd olunur ki, edam qərarları müxtəlif bəhanələr altında çıxarılıb. Edama, əsasən əyalətin deputatlar şurasına namizədlər, dövlət qulluqçuları, həmçinin vəkil vəzifəsində çalışanlar, notarius və bərbər işləyən qadınlar məhkum ediliblər.
İraqın ikinci ən böyük şəhəri olan Mosul 2014-cü ilin iyununda terrorçuların əlinə keçib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR