Yük maşınını qaçırmaq istəyən tutuldu

Yük maşınını qaçırmaq istəyən tutuldu
19:54 26 Dekabr 2015
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Dekabrın 24-də Qaradağ rayonunun Səngəçal qəsəbəsində Şirvan şəhər sakini Sabir Sultanova məxsus “KamAZ” markalı avtomobilin qaçırılmasına cəhd göstərilib.
 
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Hadisəni törətməyə cəhd göstərmiş həmin şəxs S. Sultanov tərəfindən tutularaq polis əməkdaşlarına təhvil verilib. Onun Bakı şəhər sakini Taleh Axundov olması müəyyən edilib.
 
Faktla bağlı Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226717

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR