Qiyamət günü olacaq səhnələrə bir nəzər

Qiyamət günü olacaq səhnələrə bir nəzər
19:57 26 Dekabr 2015
90 Digər
Ölkə mətbuatı
A- A+

İnsanların həyəcanı və narahatlığı çox qəribə idi. Bəziləri əllərini ağzına qoymuşdular, bəziləri barmaqlarını gəmirirdilər. Bəziləri məstlər kimi qəhqəhə çəkirdilər. Biri başını dizlərinin arasında gizlətməyə çalışırdı və ümid edirdi ki, onu hesaba çəkməzlər. Məhşər səhnəsini çox sayda insan bürümüşdü. Hər bir dəstəni fərqləndirən şey - onların İmamı idi.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, insanların arasında canavar gördüm ki, çox sayda heyvan ətrafına toplaşmışdır. Özlərini danlamaqla məşğul idilər. O, da davamlı olaraq bu heyvanlara deyirdi ki, sizdən zəhləm gedir.
Öz-özümə dedim: "Məgər insanların hesabı heyvanlardan fərqli deyildirmi?". Onların yanından keçib getdim və bir dəstəyə rast gəldim ki, bütü aralarına qoyub, davamlı olaraq başlarına vururlar. Sanki əza saxlayırlar. Dediklərinə qulaq vermək istədim. Onların naləsini eşitdim ki, deyirdilər: "Niyə özümü sənə satmışam? Qalx və bir iş gör. Niyə nəzirlərimin və səninlə bir yerdə keçirtdiyim vaxtların əcrini vermirsən? Həqiqətən də sən ancaq daş parçasısan. Başımıza kül tökülsün".
Hər bir dəstə özü ilə məşğul idi və başqasına diqqət etmirdi. Anidən burnuma gözəl ətir iyi dəydi və bu ətirin haradan gəldiyini tapmağa çalışdım. Bir dəstə gördüm ki, nurani və sevinclidirlər. Hamısı insan cildindədir və vüqarla rəhbərlərinin ətrafına toplaşıblar. Onların təmizliyi və gözəlliyi mənim onlara yaxınlaşmağına mane oldu. Bu qara və pərişan simamla onların dəstəsinə daxil olmağa xəcalət çəkdim. Onlardan bir neçə qədəm arxada dayandım və onlara nəzər saldım. İmamları danışan zaman hamı ona qulaq asırdı. O zaman ki, sükut edirdi, bir-biri ilə xoş söhbətlər edirdilər.
Eşitdim ki, onlardan biri başqasına deyir: "Yadındadırmı ki, bir gün bu gözəl günü yada salıb söhbət edirdik? İmam Sadiq (ə) buyurub ki, o zaman ki, Qiyamət günü olar, hər dəstəni vilayəti qəbul etdiyi kəslə çağırarlar. Bizi Peyğəmbərlə (s) birlikdə və sizi bizimlə birlikdə. Fikirləşirsinizmi ki, sizi bu halda hara apararlar? Kəbənin Allahına, behiştə tərəf.
Yadındadır bu hədisi yada salandan sonra nə qədər Əhli-beyti (ə) və bu İlahi vədəni görməyi arzu edirdik?". Dostu gülümsəyib dedi: "Bəli, yadımdadır. Mən buranı yuxuda görmüşəm və Mövlamın (ə) simasını yaxşı tanıyıram".
Bilmirəm artıq neçə saat onlara nəzər saldım və onların ətrini burnuma çəkib, onlardan uzaqlaşmağa başladım və davamlı olaraq onlara nəzər salır və bu cür uzaqlaşırdım. Sanki gözlərimin onlara ehtiyacı var idi. Bu zaman gözlərimin önündən bu ayə keçdi: "(Yada sal) o gün(ü) ki, (əməl kitabını almaq üçün) insanların hər bir dəstəsini (tabe olduqları) öz imamı və səma kitabları ilə çağıracağıq". ("İsra" 71).
Ey kaş, bir qədər özümüzə nəzər sala bilsək və İmamımızı (ə) tanıya bilsək. Bizə biganə olan fiziki başçıların ardınca düşməyək və onlar şara bənzəyir ki, kiçik toxunuşla partlaya bilir. Onlar suyun üstündə olan kəfə bənzəyir.
Ancaq ümid edərəm ki, bu kəflər bir gün suyun üzündən kənara çəkiləcək və haqq bütün gözəlliyi ilə cilvələnəcəkdir. Bu şarların daxilində olan hava boşalacaqdır. Bu günün rəngarəng dünyası yaşıllıqla dolu və gözəl dünyaya çevriləcəkdir.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/393123.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR