McLaren-dən yeni rodster - FOTO

McLaren-dən yeni rodster - FOTO
20:12 26 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Britaniyanın "McLaren" şirkəti rəsmi olaraq yeni rodster təqdim edib. O, kupe "675LT"-nin bazasında yığılıb. Əvvəlki modeldən onun fərqi yığılan damda və bir sıra kosmetik dəyişiklikdən ibarətdir.

Milli.Az auto.az-a istinadən bildirir ki, avtomobil yeni qabaq splitter, yan ətəklər, nadir ultra-yüngül döymə disklər, xüsusi "P Zero Trofeo R" şinləri alıb. Düzdür, onun kupedən əsas fərqi yığılan damdır. Bu dam 30 km/saat sürətdə açılıb-bağlana bilər. Salonda da bəzi kosmetik dəyişikliklər var. Ümumilikdə, avtomobilin çəkisi 16 kq artıb.

Məhsuldarlığa bir sıra yeniliklər əldə etmiş 3,8-litrlik V8 tvin-turbo mühərriki cavabdehdir. Avtomobil 675 a.g. və 700 Nm fırlanma anına malikdir - "650S" bazasında olan rodsterdən 25 a.g. və 22 Nm daha çox. Mühəndislər, həmçinin asılqan üzərində də çalışıblar və onu da sərt ediblər.

Britaniya şirkəti 500 ədəd "McLaren 675LT Spider" istehsal edəcək. Qiymət isə 285 450 funt sterlinqdən başlayacaq.

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/393107.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR