Dağıstan xalqı görkəmli dövlət xadimi Əziz Əliyevin misilsiz xidmətlərini heç vaxt unutmayacaq - FOTO

Dağıstan xalqı görkəmli dövlət xadimi Əziz Əliyevin misilsiz xidmətlərini heç vaxt unutmayacaq - FOTO
20:32 26 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 26-da Bakıda "Dərbənd" xeyriyyə cəmiyyəti görkəmli dövlət xadimi Əziz Əliyevin xatirəsinə həsr olunan anım tədbiri təşkil edib.

"Dərbənd" xeyriyyə cəmiyyəti sədrinin birinci müavini, tarix elmləri doktoru, ehtiyatda olan birinci dərəcəli kapitan Nurulla Əliyev tədbirdə məruzə ilə çıxış edərək görkəmli dövlət və partiya xadimi Əziz Əliyevin tarixi xidmətlərindən söz açıb, onun həyat və fəaliyyəti barədə ətraflı məlumat verib.

Bildirib ki, 1897-ci il yanvarın 1-də qədim Azərbaycan torpağı olan İrəvan quberniyasının Hamamlı kəndində anadan olan professor, məşhur pedaqoq, səhiyyə və təhsil sahəsində əvəzsiz təşkilatçı, böyük alim, diplomat Əziz Əliyev ölkəmizin tarixində silinməz iz qoyub. Əziz Əliyevin həyat yolu elmi, pedaqoji, ictimai və dövlət fəaliyyəti sahələri ilə zəngin olub. Görkəmli dövlət xadimi Azərbaycanda səhiyyənin təşkili sahəsində xüsusi rol oynayıb.

Qeyd edilib ki, Əziz Əliyev Azərbaycan SSR-in xalq səhiyyə komissarı (1939-1941-ci illər), Azərbaycan SSR Ali Sovetinin sədri (1941-1944-cü illər), Dağıstan Vilayət Partiya komitəsinin birinci katibi (1942-1948-ci illər), Tibb İnstitutunun və Azərbaycan Dövlət Universitetinin rektoru kimi mühüm vəzifələrdə çalışdığı dövrlərdə özünü bacarıqlı dövlət xadimi və səhiyyə sahəsində təşkilatçı kimi göstərib. Onun Dağıstanda birinci katib olduğu illər Dağıstan-Azərbaycan əlaqələrinin ən yüksək səviyyədə olduğu dövr hesab edilir. Sonrakı illərdə Əziz Əliyev Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi olub, SSRİ Ali Sovetinin və Dağıstan Ali Sovetinin deputatı seçilib.

Bildirilib ki, görkəmli dövlət xadiminin Vətən və xalq qarşısındakı misilsiz xidmətləri yüksək qiymətləndirilib. O, bir çox orden, medal və fəxri fərmanlarla təltif edilib. Hazırda Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Bakıda, Naxçıvanda və Mahaçqalada küçələr və s. Əziz Əliyevin adını daşıyır.

N.Əliyev vurğulayıb ki, 2007-ci ildə Əziz Əliyevin 110 illik yubileyi münasibətilə Dağıstanda keçirilmiş yubiley tədbirlərində çıxış edən Dağıstan Respublikasının Prezidenti Muxu Əliyev ölkəsinə xidmət göstərmiş görkəmli siyasi və ictimai xadimlərin sırasında Əziz Əliyevin adının daim xüsusi hörmət və ehtiramla çəkildiyini bildirib. Qeyd olunub ki, Böyük Vətən müharibəsində Qələbə münasibətilə Dağıstan əhalisinin rəhbərinə inam və sədaqət rəmzi olaraq hədiyyə etdiyi xəncər hazırda Azərbaycan Milli Tarix Muzeyində saxlanılır.

Azərbaycan - Dağıstan əlaqələrindən söz açan N.Əliyev bildirib ki, ulu öndər Heydər Əliyevin səyləri nəticəsində xalqlarımız arasında bütün sahələrdə münasibətlər sürətlə inkişaf edib. Ümummilli Liderin diqqət və qayğısı nəticəsində hər iki respublikada tanınmış şəxslərin yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi bunun əyani göstəricisidir. Qafqaz xalqları qarşısında əvəzsiz xidmətləri olan iki dahi şəxsiyyətin - Şeyx Şamilin və Əziz Əliyevin yubileylərinin həm Azərbaycanda, həm də Dağıstanda dövlət səviyyəsində qeyd olunmasında ulu öndər Heydər Əliyevin rolu danılmazdır.

Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də Azərbaycan və Dağıstan xalqları arasında əlaqələrin inkişafına xüsusi diqqət yetirir. Məhz bu diqqətin nəticəsidir ki, son illərdə hər iki respublika arasında müxtəlif sahələrdə əlaqələr sürətlə inkişaf edir. Dərbənd şəhərinin 2000 illik yubiley tədbirlərində Azərbaycandan nümayəndə heyətinin iştirakı, Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipovun Mahaçqala şəhərində Əziz Əliyevin abidəsinin ucaldılmasına dair imzaladığı Sərəncam, Prezident İlham Əliyevin Sərəncamı ilə Dərbənddə mədəni obyektlərin yenidən qurulmasına vəsait ayrılması, Heydər Əliyev Fondunun dəstəyi ilə təhsil müəssisələrinin binalarının əsaslı təmiri və s. faktlar hər iki respublika arasında əlaqələrin inkişafının göstəriciləridir.

Sonra "Dərbənd" xeyriyyə cəmiyyətinin üzvləri çıxış edərək Əziz Əliyevin xalqlarımız arasındakı əlaqələrin inkişafında misilsiz xidmətlərindən danışıb, onun qayğıkeş alim, tanınmış həkim və müəllim kimi xatirəsinin daim qəlblərdə yaşayacağını bildiriblər. Çıxış edənlər Azərbaycan və Dağıstan respublikaları arasında münasibətlərin inkişafında mühüm layihələr həyata keçirən Heydər Əliyevin Fondunun və onun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rolunu xüsusi vurğulayıblar.

Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov rəhbərlik etdiyi elm ocağında Azərbaycanın qədim şəhəri olan Dərbəndin tarixinin öyrənilməsinə mühüm əhəmiyyət verildiyini söyləyib. Bildirilib ki, Əziz Əliyevin siyasi fəaliyyətinin Dağıstan dövrü xalqlarımız arasındakı əlaqələrin ən şanlı səhifələrini təşkil edir. Məhz Əziz Əliyevin sayəsində dağıstanlıların öz yurdlarından sürgün edilməsinin qarşısı alınıb. Əziz Əliyevin yaşadığı dövr araşdırılarkən İrəvanın qədim Azərbaycan torpağı olduğu, ermənilərin isə bu ərazilərə sonralar köçürüldüyü danılmaz faktlarla bir daha təsdiqlənir.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Müzəffər Talıblı çıxışında bildirib ki, vətənpərvər ziyalı, dövlət xadimi, gözəl insan olan Əziz Əliyev Dağıstanda böyük imperiyanın və ermənilərin məkrli siyasətinin qarşısının alınması kimi məsul vəzifənin öhdəsindən layiqincə gəlib.

Sonra Əziz Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyətinə həsr olunan şəkillər nümayiş etdirilib.

Sonda cəmiyyətin üzvləri adından Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipovun Mahaçqala şəhərində Əziz Əliyevin abidəsinin ucaldılmasına dair imzaladığı Sərəncama görə minnətdarlıq məktubu oxunub.

Milli.Az




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Ağdaşda canavarlar mal-qaranı parçaladı

23 Sentyabr 2017 02:38

Samir Abasov: "Bəxtimiz gətirsəydi xal ala bilərdik”

23 Sentyabr 2017 02:17

Hafiz Hacıyevin qızının maşını cərimə meydançasına aparıldı - AVTOXULİQANLIĞA GÖRƏ

23 Sentyabr 2017 02:04

Çəkiliş zamanı jurnalist 3-cü mərtəbədən aşağı... - VİDEO

23 Sentyabr 2017 01:58

Azərbaycana payız gəlib

23 Sentyabr 2017 01:50

OPEK nazirləri yenə yığışır

23 Sentyabr 2017 01:35

Azərbaycanlı müğənni oğluna məclis qurdu - FOTOLAR

23 Sentyabr 2017 01:29

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 293 nəfərə çatıb

23 Sentyabr 2017 01:17

Neymar oynamayacaq

23 Sentyabr 2017 01:15

AÇ-2017: İlk gündə 7 oyun - NƏTİCƏLƏR

23 Sentyabr 2017 01:13

Məmmədyarov: "Bakı Bəyannaməsi multikulturalizmin ekstremizm və ksenofobiyaya qarşı mübarizə vasitəsi kimi təşviqində rəhbər prinsipə çevrilməlidir"

23 Sentyabr 2017 01:07

Qətər Suriya hakimiyyətinə çağırış etdi

23 Sentyabr 2017 01:00

Türkiyədə Nazirlər Kabinetinin toplantısı başa çatdı

23 Sentyabr 2017 00:55

ABŞ-da ardıcıl iki zəlzələ

23 Sentyabr 2017 00:54

Canlı yayıma sərxoş çıxan deputat aparıcının üstünə... - VİDEO

23 Sentyabr 2017 00:53

Qurban Qurbanov: "Roma" rəqiblərinə 3-4 qol vura-vura gedir"

23 Sentyabr 2017 00:52

Rusiya ordusu Suriyada terrorçu təşkilatlara məxsus 96 min obyekti məhv edib

23 Sentyabr 2017 00:35

Gəlin namizəd erməni ilə... - FOTO/VİDEO

23 Sentyabr 2017 00:28

Ağdaşda canavarlar örüşdə otlayan mal-qaranı parçlayıb

23 Sentyabr 2017 00:27

Elmar Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüşüb -

23 Sentyabr 2017 00:27

Bakıda "Mercedes" yandı

23 Sentyabr 2017 00:23

Almaniyada siyasətçilərə müəmmalı məktublar göndərilib

23 Sentyabr 2017 00:16

Astroloji proqnoz - 23 sentyabr

23 Sentyabr 2017 00:13

Azərbaycan neftinin SON QİYMƏTİ -

23 Sentyabr 2017 00:10

Azərbaycana payız gəldi

23 Sentyabr 2017 00:09

Azərbaycana payız fəsli daxil olub

23 Sentyabr 2017 00:02

Məhkəmə Saakaşvilini 130 dollar cərimə etdi

22 Sentyabr 2017 23:59

Vyanada bomba həyəcanı -

22 Sentyabr 2017 23:58

Tovuzda yeni doğulan körpə öldü

22 Sentyabr 2017 23:54

Sprislər, təzyiq aparatları Azərbaycana hansı ölkələrdən idxal edilir?

22 Sentyabr 2017 23:53

XİN rəhbəri: "Azərbaycan Fələstinə münasibətdə artan beynəlxalq dəstəkdən məmnundur"

22 Sentyabr 2017 23:47

Ukrayna istəyinə çatır -

22 Sentyabr 2017 23:39

Şəkidə 40 yaşlı qadını ilan sancdı

22 Sentyabr 2017 23:28

Meksikada baş verən zəlzələ nəticəsində ölənlərin sayı artır

22 Sentyabr 2017 23:21

Avropanın iki ölkəsi arasında sərhəd mübahisəsi yenidən gərginləşdi

22 Sentyabr 2017 23:13

Tovuzda doğuş zamanı körpə ölüb

22 Sentyabr 2017 23:12

Bir-birinin ətini yeyən məhbuslar, qan dolu otaqda dəhşətli 15 gün - FOTOLAR

22 Sentyabr 2017 23:03

Bu ölkənin prezidenti oğlunun öldürülməsi barədə polisə əmr verdi

22 Sentyabr 2017 23:00

Türkiyə İraq Kürdüstanındakı referendumu qeyri-qanuni adlandırdı

22 Sentyabr 2017 22:54

"Qarabağ" "Sumqayıt"a futbol dərsi keçdi

22 Sentyabr 2017 22:53

"Qarabağ" "Sumqayıt"ı peşman etdi - VİDEO

22 Sentyabr 2017 22:47

Ruhani ABŞ-ı hədələdi -

22 Sentyabr 2017 22:44

İlham Əliyev milli komandanın voleybol üzrə Avropa çempionatındakı oyununu izləyib

22 Sentyabr 2017 22:42

Bu tarixi abidəni 300 milyon insan ziyarət edib

22 Sentyabr 2017 22:38

Elmar Məmmədyarov: "Ermənistan rəhbərliyinin müharibə ritorikası münaqişənin tənzimlənməsi üzrə konstruktiv yanaşmaya niyyətli olmadığını göstərir"

22 Sentyabr 2017 22:32

Film qəhrəmanına bənzəmək üçün 200 əməliyyat keçirdi - SON HALI ŞOKA SALIR - FOTOLAR

22 Sentyabr 2017 22:28

Ankarada referendumla bağlı hansı qərarlar qəbul edildi? -

22 Sentyabr 2017 22:25

Trampla Ərdoğan razılığa gəlib -

22 Sentyabr 2017 22:15

Ağcabədidə ev əşyaları ilə birgə yandı

22 Sentyabr 2017 22:09

Hindistan Pakistana hücum etdi -

22 Sentyabr 2017 22:00