Güləş üzrə Azərbaycan çempionatının ikinci günündə altı çəki dərəcəsində qaliblər müəyyənləşib

21:13 26 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 26 dekabr, AZƏRTAC
Bakı İdman Sarayında böyüklər arasında güləş üzrə Azərbaycan çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, yarışın ikinci günündə 86, 97, 125 kiloqram çəki dərəcələrində sərbəst, 59, 66 və 71 kiloqram çəki dərəcələrində yunan-Roma güləşi üzrə 142 güləşçi mübarizə aparıb.
Sərbəst güləş yarışlarında Aleksandr Qostiyev (86 kq), Şərif Şərifov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) bütün rəqiblərindən üstün olaraq Azərbaycan çempionu adına layiq görülüblər.
Yunan-Roma güləşi yarışlarında isə Taleh Məmmədov (59 kq), Kamran Məmmədov (66 kq) və Həsən Əliyev (71 kq) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb və çempionatın qızıl medalına sahib olublar.
Hər çəki dərəcəsi üzrə ilk üç yeri tutacaq güləşçilər yığma komandanın heyətinə cəlb ediləcək, müvafiq diplom, medal, pul mükafatı və tam dəst idman geyimi ilə təltif olunacaqlar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gules_uzre_Azerbaycan_chempionatinin_ikinci_gununde_alti_cheki_derecesinde_qalibler_mueyyenlesib-914744

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR