“Xeyirxahlıq divarı” imkansızlara dayaqdır

“Xeyirxahlıq divarı” imkansızlara dayaqdır
21:17 26 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Soyuq hava və iqtisadi vəziyyətin aşağı səviyyədə olması İranda maraqlı bir kampaniyanın başlamasına təkan verib. 

Ölkədə başlanan yardım fəaliyyəti getdikcə genişlənir. Belə ki, şəhərin müxtəlif yerlərində düzəldilən "xeyirxahlıq divarı" köməyə ehtiyacı olanların əlindən tutur. Divara asılan paltarları ehtiyacı olan insanlar götürüb istifadə edə bilirlər. Asılqanın yanında isə "ehtiyacınız varsa götürün, yoxdursa dəyməyin" sözləri yazılıb.

Milli.Az "Zaman Azərbaycan"a istinadən bildirir ki, "Xeyirxahlıq divarı" kampaniyasının müəllifi adını gizli saxlasa da, bu, hərəkatın genişlənməsinə mane olmayıb. Sözügedən kampaniya sosial mediada da böyük rəğbətlə qarşılanıb. Hətta bəzi insanlar bundan sonra hökuməti xalqın qayğısına qalmamaqda ittiham edib. Qeyd edək ki, rəsmi statistikaya görə, İranda 15 min nəfər evsiz insan var. Lakin qeyri-rəsmi məlumatlar bu rəqəmlərin daha çox olduğunu göstərir. Daha əvvəl ölkədə "kimsəsizlərə yardım" kampaniyası keçirilib və şəhərin müxtəlif yerlərində içi yeməklə dolu soyuducular qoyulub.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/393282.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR