Taekvondo üzrə Azərbaycan çempionatının ikinci günündə beş idmançı qalib gəlib

Taekvondo üzrə Azərbaycan çempionatının ikinci günündə beş idmançı qalib gəlib
21:18 26 Dekabr 2015
45 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 26 dekabr, AZƏRTAC
“Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilən böyüklər arasında taekvondo üzrə Azərbaycan çempionatının ikinci gününün qalibləri məlum olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasının (ATF), Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi yarışda kişilərin mübarizəsində Fariz Əliyev (68), Namaz Heydərov (74), Seyidəzim Bədirxanlı (80), qadınlar arasında isə İlayda Kardelen Çiftçi (46 kq) və Nərminə Məmmədova (57 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Qaliblər diplom və medallarla təltif ediliblər.
Üç gün davam edəcək yarışda səkkiz çəki dərəcəsi üzrə kişi və qadın taekvondoçular yarışırlar. Çempionatda paytaxtda və bölgələrdə fəaliyyət göstərən müxtəlif komandaların idmançıları mübarizə aparırlar.
Yarış ölkəmizdə taekvondonun təbliği və inkişaf etdirilməsi, yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, idmançıların yarış təcrübəsinin artırılması məqsədi daşıyır.






Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Taekvondo_uzre_Azerbaycan_chempionatinin_ikinci_gununde_bes_idmanchi_qalib_gelib-914745

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR