Yüz yaşını qeyd edən Əliquluuşağı kənd orta məktəbi uğurlarının sayını ilbəil artırır

Yüz yaşını qeyd edən Əliquluuşağı kənd orta məktəbi uğurlarının sayını ilbəil artırır
21:18 26 Dekabr 2015
56 Digər
Ölkə mətbuatı
A- A+


Sumqayıt, 26 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Dekabrın 26-da Sumqayıt şəhərinin “28 may” Mədəniyyət Evində Qubadlı rayon Əliquluuşağı kənd orta məktəbinin 100 illik yubileyi qeyd olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə mədəniyyət evinin foyesində məktəbin tarixi və fəaliyyəti barədə fotosərgi nümayiş etdirilib.
Tədbirdə Əliquluuşağı kəndinin və məktəbin tarixi haqqında videoçarx nümayiş olunub.
Rayon icra hakimiyyətinin başçısı Malik İsaqov çıxışında Əliquluuşağı kənd orta məktəbinin 100 illiyi münasibətilə təhsil ocağının kollektivini təbrik edib. M.İsaqov məktəbin rayonun təhsil sistemindəki rolundan bəhs edərək, kollektivin öz fəaliyyətini günün tələblərinə uyğun qurmağa çalışdığını bildirib. Vurğulanıb ki, məcburi köçkünlük həyatı yaşamasına baxmayaraq məktəb uğurlarının sayını ilbəil artırır.
Təhsil Nazirliyinin şöbə rəisi Aydın Əhmədov çıxışında təhsil sistemində aparılan islahatlardan və əldə olunan uğurlardan danışıb, Əliquluuşağı kənd orta məktəbinin kollektivini yubiley münasibətilə təbrik edib.
Çıxışlarda rayonda həyata keçirilən uğurlu təhsil islahatlarından, dövlətin təhsilə, təhsil işçilərinə göstərdiyi qayğıdan bəhs olunub.
Sonra məktəbin bir qrup müəlliminə fəxri fərmanlar və hədiyyələr verilib.
Yubiley tədbiri rayon Mədəniyyət və Turizm Şöbəsinin hazırladığı musiqili proqramla davam edib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yuz_yasini_qeyd_eden_Aliquluusagi_kend_orta_mektebi_ugurlarinin_sayini_ilbeil_artirir-914746

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR