Azərbaycanda zəncirvari yol qəzası, ölən və yaralananlar var

Azərbaycanda zəncirvari yol qəzası, ölən və yaralananlar var
21:22 26 Dekabr 2015
51 Digər
Ölkə mətbuatı
A- A+

Zaqatalada zəncirvari yol qəzası baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, üç nəfər xəsarət alıb.
 
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə bu gün axşam saat 20:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunda, Zaqatala şəhərinin girəcəyindəki Tala çayı üzərindəki körpüdə  baş verib.
 
Bir neçə avtomobilin toqquşması nəticəsində, şəxsiyyətləri hələlik məlum olmayan, biri ağır olmaqla 4 nəfər xəsarət alıb. Yaralılar Zaqatala rayon mərkəzi xəstəxanasına aparılıblar. Xəstəxanaya aparılarkən yaralılardan biri yolda keçinib.
 
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
 
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/393378.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR