Könül Kərimova 7 il sonra onun mahnısını oxudu - audio

Könül Kərimova 7 il sonra onun mahnısını oxudu -  audio
21:26 26 Dekabr 2015
166 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Könül Kərimova "Hardasan" adlı yeni mahnısını təqdim edib.

Axşam.az-ın məlumatına görə, bəstənin sözləri Leyli Erola, musiqisi Pərviz Mahmudova məxsusdur.

P.Mahmudov mahnını 7 il əvvəl özünün oxuduğunu bildirib:

"Mahnının ilk ifaçısı gənc müğənni Samrina olub. Ondan sonra özüm oxudum. Bir gün Könül xanım zəng vurdu ki, "Sənin "Hardasan" mahnını çox bəyənmişəm, oxumaq istəyirəm". Qismət elə oldu ki, başqa iki bəstəmi oxudu, bu qaldı. İndi "Hardasan" mahnısını Hakan Erolun aranjimanında Könül Kərimova səsləndirib. Bu mahnını çox müğənni oxumaq istəyirdi. Könül xanımın istəyi ilə sonda nəqarəti mən oxudum".




Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43231

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR