Göyçayda ağır qəza: 3 ölü, 5 yaralı

Göyçayda ağır qəza: 3 ölü, 5 yaralı
21:49 26 Dekabr 2015
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Göyçayda 3 nəfərin ölümü, 5 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

APA-nın yerli bürosunun məlumatına görə, hadisə 21 də Bakı-Şamaxı yolunun 190-cı kilometrliyində, Göyçay rayonun Qaraməryəm kəndi ərazisində baş verib.  

 

“Mercedes” markalı 10 UG 540 dövlət nömrə nişanlı və "VAZ 21015" markalı 90 XL 615 dövlət nömrə nişanlı minik avtomobillər toqquşması nəticəsində 3 nəfər dünyasını dəyişib, 5 nəfər ağır xəsarət alıb.

 

Məlumata görə, toy karvanında olan “Mercedes” əks istiqamətli hərəkət zolağına çıxaraq, qarşıdan gələn “VAZ 21015”-lə toqquşub.

 

Yaralılar Göyçay Mərəzi Xəstəxanasına yerləşdirilib.

 

Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

 

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226722

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR