Aktrisa nişan üzüyünü göstərdi - fotolar

Aktrisa nişan üzüyünü göstərdi -  fotolar
22:21 26 Dekabr 2015
95 Şou
Ölkə mətbuatı
A- A+

Bir neçə həftə əvvəl məşhur aktrisa Eva Lonqoriya sevgilisi Hose Antonio Bastonun ona evlənmək təklif etdiyini açıqlamışdı.

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, aktrisa bahalı qaşlarla bəzədilən nişan üzüyünü nümayiş etdirib. Dubayda nişanlanan cütlük Hindistana istirahətə yollanmışdı. Los-Ancelesə qayıdan sevgililər toy hazırlıqlarına başlayıb.

Hava limanında fotoqraflar meksikalı biznesmenin Eva üçün hədiyyə etdiyi üzüyü görüntüləyib.

Qeyd edək ki, Eva və Hose 2013-cü ildən birlikdədir. Lonqoriya bundan əvvəl iki dəfə ərə gedib. Hose isə bir dəfə evli olub və üç uşağı var.




Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43234

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR