İŞİD Mosulda 1,5 il ərzində 837 qadını edam edib

İŞİD Mosulda 1,5 il ərzində 837 qadını edam edib
22:34 26 Dekabr 2015
62 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD silahlıları 2014-cü ilin iyununda İraqın şimalında işğal etdikləri Mosul şəhərində 1,5 il ərzində 837 qadını ezam ediblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Naynava əyalətinin polis generalı Zanun əl Sabavi bildirib.   

 

“Öldürülənlərin qeydiyyatını aparan Mosul şəriət məhkəmə-tibb mərkəzinin statistikasına əsasən, silahlılar şəhəri ələ keçirəndən bu vaxtadək 837 qadını edam ediblər”, deyə general bildirib.

 

Onun sözlərinə görə, edam edilən qadınların əksəriyyəti İŞİD-in təsis etdiyi şəriət məhkəməsinin hökmü ilə güllələniblər.    

 

Zabit qeyd edib ki, silahlılar müxtəlif bəhanələrlə deputatlığa namizəd və dövlət qulluqçusu olan qadınları, həmçinin, qadın vəkil, notarius və bərbərləri ölüm hökmünə məhkum ediblər.    

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR