Putinin Türkiyədə unutduğu gerçək

Putinin Türkiyədə unutduğu gerçək
22:36 26 Dekabr 2015
119 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya ilə Türkiyə arasında dostluq və mehriban əlaqələr olmalıdır. Gərgin münasibətlərin heç bir ölkə üçün faydası yoxdur.

ANS PRESS-in məlumatına görə, bu sözləri Rusiya Təhsil Mədəniyyət və Əməkdaşlıq Dərnəyinin sədri Rimma Rzayeva deyib.

O həmçinin bildirb ki, türk və rusların evliliyindən yaranmış 250 min ailə var: "Onların qohumları, nənə və babaları, olduğunu, buna görə ən pis ehtimalla 1 milyon Rusiya vətəndaşının yay aylarında yenə Türkiyəyə gedəcəyi gözlənilir. Bunun qarşısını almaq qeyri mümkündür".


Rus turistlər Türkiyədə

O bildirdi ki, özü də həm Rusiya, həm də Türkiyə vətəndaşıdır. ”Buna görə də, biz bu yaşanan gərginliyin tezliklə sona çatmasını istəyirik. Bu münasibətləri fürsət bilən, İsrail və Yunanıstan rusiyalı turistləri öz ölkələrinə çəkmək üçün dəvətlər və kampaniyalar keçirir”.

Hər iki ölkə arasında vəziyyətin gərginləşməsinə səbəb Türkiyənin Rusiyaya məxsus Su24 təyyarəsini Türkiyə-Suriya sərhəddində vurulması olub. Bu hadisədən sonra Rusiya hökuməti Türkiyəyə çoxsaylı sanksiyalar tətbiq edib.

Hər il 3 milyondan çox Rusiyalı turist Türkiyənin müxtəlif yerlərinə səyahət edir. Türkiyə sanksiyalardan sonra azalan turist sayını kompensasiya etmək üçün müxtəlif tətbirlər planı həyata keçirir. Bu tədbirlər planı çərçivəsində təyyarə biletlərinə olan endirimlər xüsusi yer alıb.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368229

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR