​Ukrayna prezidenti xarici qoşunların ölkəyə buraxılması planını təsdiq edib

​Ukrayna prezidenti xarici qoşunların ölkəyə buraxılması planını təsdiq edib
22:47 26 Dekabr 2015
24 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 dekabr. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko 2016-cı ildə xarici qoşunların ölkəyə buraxılması planını təsdiq edib.
"Report" xəbər verir ki, gələn il keçiriləcək təlimlərdə iştirak üçün Ukrayna ərazisinə 5 min ABŞ və NATO dövlətlərinin hərbçiləri gələcək.
Təlimlər "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində keçiriləcək.
Ukrayna Ali Radası cümə günü ölkə prezidentinin xarici qoşunların respublika ərazisinə buraxılmasına dair təklifini səs çoxluğu ilə dəstəkləyib. Qanun layihəsi şənbə günü "Ukraynanın səsi" rəsmi parlament qəzetində dərc edildikdən sonra qüvvəyə minib.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/ukrayna-prezidenti-xarici-qosunlarin-olkeye-buraxilmasi-planini-tesdiq-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR