Rusları ağladan Azərbaycan heyvanı

Rusları ağladan Azərbaycan heyvanı
22:56 26 Dekabr 2015
51 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycandanr Rusiyaya aparılan Vasya adlı dəvə avtomobil qəzasında ölüb.

ANS PRESS-in məlumatına görə, hadisə Smolensk şəhərində baş verib.

Dəvəni maşın vurduqdan sonra onun bir ayağı sınıb. Vasya adlı dəvənin yenidən sərbəst hərəkət etməsi üçün hətta Smolensk təyyarə zavodunun könülüləri ianə toplayıblar. Onun dərmanları da könülülər tərəfindən alınıb.

Əldə edilən pulla əməliyyat edilən dəvənin vəziyyəti bir müddət düzəlib və heyvan yenidən normal qidalanmağa başlayıb.


Xəstələnib ölən dəvə


Amma sonrakı yoxlamalarda onun damarlarında qan laxtalarının tromplaşdığı məlum olub. Göstərilən bütün səylərə baxmayaraq dəvənin həyatını xilas etmək mümkün olmayıb. Mütəxəssislərin sözlərinə görə, dəvə digər heyvanlardan fərqli olaraq 4 ayağı üstündə sərbəst gəzməsə, çox yaşaya bilmir. Digər heyvanlardan fəqli olaraq dəvələr hərəkətsiz vəziyyətdə qalandə qidalana bilmir.


Hadisənin baş verdiyi Smolensk şəhəri

Təsərrüfat sahibinin verdiyi məlumata görə, onu bir neçə il əvvəl Azərbaycandan Rusiyaya aparıb. Dəvə insanlara qarşı çox istiqanlı olub. O, atlarla birlikdə yolu keçmək istəyərkən naməlum şəxsin avtomobili tərəfindən vurulub. İddiaya görə, dəvənin vurulduğu yolda heyvanların keçməsi üçün bütün təhlükəsizlik nişanı olub, amma sürücü buna fikir verməyib. Təsərrüfat sahibi hadisədən sonra polisə müraciət etsə də, hələ Vasya adlı dəvəni vuran sürücü saxlanılmayıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=368250

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR