Bakıda maşın ağaca çırpıldı, 4 yaralı - FOTO

Bakıda maşın ağaca çırpıldı, 4 yaralı - FOTO
23:05 26 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Milli.Az musavat.com-a istinadən bildirir ki, hadisə Tbilisi prospektində qeydə alınıb.

Prospektlə "20 Yanvar" dairəsi istiqamətində yüksək sürətlə hərəkətdə olan "Mercedes" maşın ağaca çırpılıb. Qəza nəticəsində sürücü və 3 sərnişin xəsarət alıb. Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan Musavat.com-a verilən məlumata görə, dörd yaralıya tibbi yardım göstərilir. Onların adları dəqiqləşdirilir.

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində müayinələr aparıblar. İdarənin istintaq şöbəsində faktla bağlı araşdırmalar davam etdirilir.

İlkin ehtimala görə, qəzaya sürücünün sürət həddini aşması və nəticədə idarəetməni itirməsi səbəb olub. Qeyd edək ki, Tbilisi prospektinin qəza baş verən hissəsində icazə verilən maksimal sürət həddi 60 km/saatdır.
Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/393388.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR