Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir Azad Həsənli/
Bu gün Milli Məclis Azərbaycanda idxal olunan minik avtomobilləri, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr üzrə aksiz dərəcələrinin artırılmasını qəbul edib.
Trend-in məlumatına görə, "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsinə əsasən, gələn ildən ölkəyə idxal olunan minik avtomobillərində mühərrikin həcmi 2000 sm³-dək olduqda aksiz dərəcəsi mühərrikin həcminin hər sm³-ə görə 0,15 manatdan 0,20 manata qədər artırılacaq. Mühərrikin həcmi 3000 sm³-ə qədər olduqda bunadək 300 manat və əlavə olaraq mühərrikin həcminin 2001-3000 sm³ hissəsi üçün hər sm³-ə görə 1 manat aksiz dərəcəsi tətbiq edilirdisə, 2015-ci ildən belə avtomobillər üçün 400 manat və əlavə olaraq 2001-3000 sm³ hissəsi üçün hər sm³-ə görə 1,5 manat aksiz dərəcəsi ödəniləcək. Bundan başqa, indiyədək mühərrikin həcmi 4000 sm³-dək olduqda aksiz dərəcəsi 1300 manat və əlavə olaraq 3001-4000 sm³ hissəsi üçün hər sm³-ə görə 2 manat təşkil edirdisə, qanun layihəsi təsdiqlənəndən sonra aksiz dərəcəsi müvafiq olaraq 1900 manat və əlavə olaraq 3001-4000 sm³ hissəsi üçün hər sm³-ə görə 4 manat olacaq.
Bunadək qanunda olan mühərrikin həcmi 4000 sm³-dən çox olduqda bəndinin əvəzində yeni qanun layihəsinə iki bənd - mühərrikin həcmi 5000 sm³-dək olduqda və 5000 sm³-dən çox olduqda əlavə edilirdi.
Dəyişikliklərə görə, aksiz dərəcəsi mühərrikin həcmi 5000 sm³-dək olduqda 5900 manat və əlavə olaraq 4000-5000 sm³ hissəsi üçün hər sm³-ə görə 8 manat, mühərrikin həcmi 5000 sm³-dən çox olduqda 13 900 manat və əlavə olaraq 5000 sm³-dən çox olan hissəsi üçün hər sm³-ə görə 10 manat təşkil edəcək.
Bundan başqa, hazırda istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrdə mühərrikin həcminin hər sm³-ə görə aksiz dərəcəsi 1 manat idisə dəyişikliyə əsasən, bu kateqoriya üzrə aksiz dərəcəsi 3 manat olacaq.
Bunadək mövcud olan və dəyişikliklərdən sonra aksiz dərəcələri:
Vergitutma obyektinin adı |
Aksizin dərəcəsi |
|
İndi |
Dəyişiklikdən sonra |
|
Minik avtomobilləri: - mühərrikin həcmi 2000 sm³-dək olduqda |
Mühərrikin həcminin hər sm³-nə görə - 0,15 manat |
Mühərrikin həcminin hər sm³-nə görə - 0,20 manat |
- mühərrikin həcmi 3000 sm³-dək olduqda |
300 manat + mühərrikin həcminin 2001-3000 sm³ hissəsi üçün hər sm³-ə görə - 1 manat |
400 manat+mühərrikin həcminin 2001-3000 sm³ hissəsi üçün hər sm³-ə görə - 1,5 manat |
- mühərrikin həcmi 4000 sm³-dək olduqda |
1300 manat + mühərrikin həcminin 3001-4000 sm³ hissəsi üçün hər sm³-ə görə - 2 manat |
1900 manat + mühərrikin həcminin 3001-4000 sm³ hissəsi üçün hər sm³-ə görə - 4 manat |
- mühərrikin həcmi 5000 sm³-dən çox olduqda |
5900 manat+ mühərrikin həcminin 4000-5000 sm³ hissəsi üçün hər sm³-ə görə - 8 manat |
|
- mühərrikin həcmi 5000 sm³-dən çox olduqda |
13900 manat+ mühərrikin həcminin 5000 sm³-dən çox olan hissəsi üçün hər sm³-ə görə - 10 manat |
|
İstirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr |
Mühərrikin həcminin hər sm³-ə görə - 1 manat |
Mühərrikin həcminin hər sm³-ə görə - 3 manat |
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]