Gürcüstanın yeni baş diplomatı seçildi

Gürcüstanın yeni baş diplomatı seçildi
23:12 26 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+

"Mən baş nazir vəzifəsinə namizəd kimi, indiki mərhələdə Gürcüstan parlamentinə təsdiqlənməsi üçün hökumətin tərkibini dəyişməz olaraq təqdim edəcəm.  Xarici işlər naziri vəzifəsinə isə Mixail Janelidzenin namizədliyini təqdim edəcəm".
Milli.Az APA-ya istinadən bildirir ki, bu sözləri bu gün baş nazir vəzifəsinə namizəd olan Giorgi Kvirikaşvili açıqlamasında bildirib.
 
Onun sözlərinə görə, əgər parlament ona etimad edib baş nazir vəzifəsinə təsdiq edərsə, onda o, baş nazir mövqeyindən çıxış edərək, hər bir nazirliyin və nazirin fəaliyyəti ilə dərin və hərtərəfli tanış olacaq.
 
G. Kvirikaşvili yaxın gələcəkdə hökumətin tərkibində dəyişikliklərin də olacağını bildirib.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/393390.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR