​Qaxda gənc oğlan at arabasının altında qalıb

​Qaxda gənc oğlan at arabasının altında qalıb
23:42 26 Dekabr 2015
31 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 26 dekabr. REPORT.AZ/ Qaxda bir nəfərin xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.
"Report" xəbər verir ki, rayonun Qaysarlı kənd sakini, 1990-cı il təvəllüdlü Kərimli Elnur Rüstəm oğlu at arabasını sürərkən qəflətən yerə yıxılıb və araba onun üzərinə aşıb.
Yaralı qapalı kəllə-beyin travması və bədəninin müxtəlif nahiyələrinin əzilmiş yaraları diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq Cərrahiyə şöbəsinə yerləşdirilib.
Hazırda xəstənin vəziyyəti orta ağırdır. 

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/qaxda-genc-oglan-at-arabasinin-altinda-qalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR