Bu dəhşəti bir-birinizə yoluxdurmayın!

Bu dəhşəti bir-birinizə yoluxdurmayın!
23:47 26 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Süzənək, elmi dildə desək, qonoreya (tripper) cinsiyyət üzvlərinin xəstəliyidir. Əsasən cinsi yolla və doğuş zamanı anadan övladına yoluxur. Cinsiyyət orqanlarında qaşınma,  göynəmə, sidiyə gedən zaman ağrı və s. əlamətlərlə özünü büruzə verir. Bu xəstəlik  vaxtında və düzgün müalicə edilmədiyi halda sonsuzluğa, prostat vəzin xroniki və kəskin iltihabına, sidik kanalının darlaşması, qadınlarda uşaqlıq cisminin, uşaqlıq borularının, yumurtalıqların və kiçik çanaq peritonunun zədələnməsi, düz bağırsağın  yaralanması kimi fəsadlarla nəticələnə bilir. Milli.Az lent.az-a istinadən bildirir ki, qadınlarda qonoreya çox zaman gizli inkişaf edir və gecikmiş şəkildə üzə çıxır. Qadınlar bu xəstəliyi yüngül hesab edib, çox zaman həkimə müraciət etmir və cinsi partnyorlarını da yoluxdurmuş olurlar.
 
Ginekoloq Xoşqədəm İbrahimlinin sözlərinə görə, qadınlarda qonoreya iki cür - aşağı şöbənin qonoreyası və qalxan qonoreya şəklində müşahidə edilir: "Birinci növ qonoreya zamanı qadın sidiyə gedəndə qanama, göynəmə müşahidə edilir və tez-tez sidiyə çıxır. Qonoreya uşaqlıq boynunu zədələyibsə, bu zaman pis qoxulu, irinli-ifrazat xaric olunur. Bununla yanaşı qarında ağrılar, uretranın qızarması və şişməsi müşahidə edilir. Əgər irinli, qanlı ifrazat xaric olunursa, düz bağırsağın qonoreyasından şübhələnmək olar. Bəzən qadınlarda qanlı ifrazatı kandidoz - göbələk, ağrılı sidiyə getməni isə sistitlə qarışdırırlar. Qadınlarda xəstəliyin inkubasiya dövrü 10 günə qədər çəkə bilir. Odur ki, əmin olmaq üçün həkimə müraciət etmək lazımdır".
Həkim bildirir ki, qalxan tripper zamanı qarnın aşağı hissəsində ağrılar olur, qanaxma baş verir, menstruasiya tsikli pozulur. Tripper uşaqlıq boynuna yayılıbsa, qadının ümumi vəziyyəti pisləşir, hərarəti qalxır və bu, sonsuzluğa səbəb olur.
 
Ginekoloqun sözlərinə görə, xəstəliyə bir neçə dəfə tutulmaq mümkündür. Qonoreya ağır fəsadlarla nəticələnə bilən xəstəlikdir. İnkubasiya dövrü 4-5 gündür. Ədviyyatlı qidalar, turşu və şorabalar tripperi daha da kəskinləşdirir. Xüsusən alkoqollu içki və siqaret xəstəliyə təsir edir və onu kəskinləşdirir.
 
Hamilə qadınlar üçün süzənək xəstəliyinin xüsusi riski var. Belə ki, hamiləlik dövründə  yoluxan süzənək uşağın tələf olmasına, düşməsinə, ağır doğuşa və çətin keçən hamiləliyə səbəb ola bilər. Doğuş zamanı qonoreya anadan uşağın gözünə və ya qız uşaqlarının cinsiyyət orqanına keçə bilər. 
 
Qonoreya qız uşaqlarında da müşahidə edilə bilər. Xəstəliyin görülməsi əsasən 2-10 yaşlarına təsadüf edir. Onlara bu xəstəlik analarından və ya digər xəstə qadınlardan keçə bilər. Qonoreya qızlarda vaginanı, sidik kanalını və vulvanı zədələyir: "Uşaqlarda çox zaman düzbağırsağın qonoreyası müşahidə edilir. Bu zaman cinsiyyət üzvü şişir, ödəmləşir, qan görülür. Qaşınma və göynəmə müşahidə edilir. Bu zaman uşağın ümumi vəziyyəti pisləşir, hərarəti qalxır. Xəstəliyə qarşı immunitet yaranmır".
Kişilərdə də qonoreya müşahidə edilir. Onlara isə xəstəliyə yoluxmuş qadınlardan keçir. Kişilərdə də eyni əlamətlər müşahidə edilir. Kişilərdə qonoreya sinir sisteminə və oynaq xəstəliklərinə yol açır.
 
Androloq Kamil Baxşıyevin sözlərinə görə, qonoreya zöhrəvi xəstəlikdir və  törədicisi - qonokokk 1879-cu ildə Neyser tərəfindən tapılıb: "Kişilər bu xəstəliyi xüsusilə ağır keçirir. Qanlı ifrazat, ağrı, ödəm və sidik-cinsiyyət orqanlarının selikli qişasına düşmüş qonokokk tez bir zamanda çoxalaraq iltihabi proses yaradır.  Kişilərdə qonoreyanın inkubasiya dövrü 2-5 gündür. Kişidə cinsiyyət üzvündə ağrılar müşahidə edildiyi üçün cinsi əlaqəyə güc və həvəs olmur. Kişilər cinsiyyət kanalında olan irini sıxıb çıxarmamalıdır. Bu, daha ağır fəsadlarla nəticələnə bilər".
 
Müsahibimiz bildirir ki, qonoreyanın müalicəsi antibiotiklərlə aparılır və müalicəni vaxtından əvvəl saxlamaq sağlamlıq üçün zərərlidir. Tam müalicə edilmədikdə  qonokokk virusu bədəndə qalır və yayılma ehtimalı artır. Qonoreyalı xəstənin  yatağından, dəsmalından istifadə etmək xəstəliyin yayılmasına səbəb ola bilər. Buna görə hər zaman əllərinizi sabunlayın: "Qadında və ya kişidə bu kimi əlamətlər müşahidə edilirsə, cinsi əlaqəyə ara vermək, həkimə getmək məsləhətdir. Çünki  əvvəlcə yüngül əlamətlərlə müşahidə edilən bu xəstəlik sonsuzluq kimi ağır fəsadla nəticələnə bilər".
 
Süzənək eynilə sifilis kimi böyük tarixə malik bir xəstəlikdir. Süzənək yaş və isti mühitləri sevir. Bu səbəblə də mukozada, vagina daxilində, sidik yolunda,  bağırsaqlarda, qırtlaqda yarana bilər. Xəstə ilə cinsi əlaqə, oral və anal seks zamanı da süzənək yayılır.  
 
Süzənək bağırsaqlara yoluxubsa, qanlı, iltihablı ishalla, kişilərdə penisdən qanlı, iltihablı axıntıyla, qadınlarda vaginadan qanlı axıntıyla özünü göstərir. 
 
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, dünyada hər il 60 milyon insan süzənək xəstəliyinə yoluxur. Qeyd etdiyimiz kimi, süzənək cinsi yolla və xəstənin əşyalarını istifadə etməklə yoluxur. Buna görə də:
1. Təsadüfi cinsi əlaqələrdən uzaq olun.
2. Həyat yoldaşınız, sevdiyiniz xəstədirsə, prezervativdən istifadə edin.
3. Eyni yataq, dəsmal, hamam ləvazimatlarından istifadə etməyin.
4. Əgər bilərəkdən cinsi əlaqəyə girmisinizsə, ikiniz də müalicə üçün həkimə müraciət edin.
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bakıda “Mübarizlər” yarışı keçiriləcək

21 Sentyabr 2017 18:19

Zakir Həsənov komandirlərə yeni tapşırıqlar

21 Sentyabr 2017 18:15

Şadlıq sarayında namaz qılmaq düzgündürmü? - VİDEO

21 Sentyabr 2017 18:13

Səngəçal terminalının genişləndirilməsi işləri 99,8% icra olunub

21 Sentyabr 2017 18:12

Nazirlər Kabinetində 2018-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrinə baxılıb

21 Sentyabr 2017 18:12

Telefonlara ekran qoruyucusunu bu üsulla taxın

21 Sentyabr 2017 18:11

Mətanətin bu geyimi söz-söhbət yaratdı

21 Sentyabr 2017 18:09

Xarici işlər naziri Trampı təhqir etdi

21 Sentyabr 2017 18:08

Azərbaycan Prezidenti Mali dövlət başçısını təbrik edib

21 Sentyabr 2017 18:07

Qazaxıstan - Azərbaycan gənclər günlərinə star verildi - FOTOLAR

21 Sentyabr 2017 18:07

Türkiyə ordusu sərhədi keçdi

21 Sentyabr 2017 18:03

Atalığından hamilə qalan 12 yaşlı qızın körpəsi öldü

21 Sentyabr 2017 17:59

Suriyadan atılan mərmi Türkiyə ərazisinə düşüb

21 Sentyabr 2017 17:59

Bakıda II “Bankçılıq Forumu” keçiriləcək

21 Sentyabr 2017 17:57

Yaponiya Mərkəzi Bankı uçot dərəcəsini dəyişməyib

21 Sentyabr 2017 17:57

Mister Bin: "Toni Bleyrin baş nazir olacağı ağlıma gəlməzdi" - MÜSAHİBƏ - FOTOLAR

21 Sentyabr 2017 17:53

"SOCAR Polymer" layihəsi üzrə işlər qrafikə uyğun irəliləyir

21 Sentyabr 2017 17:52

Mansuryanın yerinə Fatih Terim

21 Sentyabr 2017 17:48

Tom Kruz filmin çəkilişləri zamanı həlak olmuş təyyarəçilərin ölümündə qismən günahkar hesab edilir

21 Sentyabr 2017 17:47

SOCAR prezidenti Rövnəq Abdullayev Sumqayıtda olub

21 Sentyabr 2017 17:47

"Mançester Yunayted" klubu ötən mövsüm rekord məbləğdə gəlir götürüb

21 Sentyabr 2017 17:47

Toy iştirakçılarının başına oyun açan şəxs ələ keçdi - GÖRÜNTÜLƏR

21 Sentyabr 2017 17:44

Deputat Çingiz Qənizadə keçmiş həmkarını məhkəməyə vermək üçün vəkil tutub

21 Sentyabr 2017 17:42

Sumqayıtda qanunsuz sərnişindaşıma ilə məşğul olan avtobus sürücülərinə qarşı reyd keçirilib

21 Sentyabr 2017 17:42

Nazirlər Kabinetinin yeni strukturu

21 Sentyabr 2017 17:42

Qanunsuz sərnişin daşıyan Sumqayıt avtobuslarına qarşı REYD

21 Sentyabr 2017 17:39

Rusiya hərbiçilərini Suriyada kim satır? - ŞOK DETALLAR

21 Sentyabr 2017 17:38

Sumqayıtda restoranlardan toy zamanı mobil telefonları oğurlayan şəxs saxlanılıb

21 Sentyabr 2017 17:37

FIFA "Qarabağ"ın rəqibini istintaqa çəkəcək

21 Sentyabr 2017 17:37

"Kərkükün 90 faizinə PKK və Peşmərgə nəzarət edir"

21 Sentyabr 2017 17:35

Melaniya Trampın geyimi ETİRAZLA QARŞILANDI

21 Sentyabr 2017 17:33

"Erməni deputatlar sabah Bakıda olacaq" - RƏSMİ

21 Sentyabr 2017 17:29

Afaq Aslana elə bir cavab verildi ki...

21 Sentyabr 2017 17:29

Çingiz Qənizadə: “Hacı Qalibə məsuliyyətini dərk etməyi öyrədəcəm” - MÜSAHİBƏ

21 Sentyabr 2017 17:24

Manatın sabaha olan MƏZƏNNƏSİ

21 Sentyabr 2017 17:23

İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

21 Sentyabr 2017 17:22

İŞİD-dən azad olunan ərazilərdəki yüzlərlə azərbaycanlı barədə QORXUNC MÜƏMMA - FOTO

21 Sentyabr 2017 17:18

Manatın sabaha olan məzənnəsi

21 Sentyabr 2017 17:18

Rostov-Don şəhərindəki oteldə baş vermiş yanğın zamanı 1 nəfər həlak olub

21 Sentyabr 2017 17:17

“Azərbaycan Dəmir Yolları” QSC-nin keçmiş polkovnikinə hökm oxunub

21 Sentyabr 2017 17:17

ABŞ-la Türkiyə arasında gərginlik artdı

21 Sentyabr 2017 17:13

"Dəmirbank" tender keçirir

21 Sentyabr 2017 17:12

14 % inflyasiya yüksəkdir...

21 Sentyabr 2017 17:09

Sənətçilər peşəkar idmançılarla birlikdə özlərini sınadı - FOTO

21 Sentyabr 2017 17:08

"Korea Aerospace Industries" şirkətinin vitse-prezidenti intihar edib

21 Sentyabr 2017 17:07

Yol polisindən piyadalara MÜRACİƏT

21 Sentyabr 2017 17:04

O sürücü İŞDƏN QOVULDU

21 Sentyabr 2017 17:03

Fatih Terimə İran klubundan gözlənilməz TƏKLİF

21 Sentyabr 2017 16:59

Gəmi sürücüləri də sürücülük vəsiqəsi almalı olacaqlar

21 Sentyabr 2017 16:58

Avtobus sürücüsü işdən qovuldu

21 Sentyabr 2017 16:58