Qaxda gənc at arabasının altında qaldı

Qaxda gənc at arabasının altında qaldı
23:47 26 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+

Qaxda bir nəfərin xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.
Milli.Az "Report"a istinadən xəbər verir ki, rayonun Qaysarlı kənd sakini, 1990-cı il təvəllüdlü Kərimli Elnur Rüstəm oğlu at arabasını sürərkən qəflətən yerə yıxılıb və araba onun üzərinə aşıb.
Yaralı qapalı kəllə-beyin travması və bədəninin müxtəlif nahiyələrinin əzilmiş yaraları diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq Cərrahiyə şöbəsinə yerləşdirilib.
Hazırda xəstənin vəziyyəti orta ağırdır.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/393394.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR