Motoroller qəzaya düşdü, sürücü ağır yaralandı

Motoroller qəzaya düşdü, sürücü ağır yaralandı
01:49 27 Dekabr 2015
17 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəmkirdə yol nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Çinarlı kəndində qeydə alınıb. Kənd sakini, 1979-cu il təvəllüdlü Ruslan Abbasov idarə etdiyi motoroller ilə hərəkətdə olarkən “VAZ 2106” markalı avtomobillə qarşı-qarşıya gəlib. Qəzadan yayınmaq üçün sürücü motorolleri yolun kənarına çıxarıb və nəqliyyat vasitəsi aşıb.

 

Qəza zamanı R. Abbasov ağır bədən xəsarəti alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir. Qəza zamanı “VAZ 2106” da yolun kənarına çıxıb. Xoşbəxtlikdən maşında xəsarət alan olmayıb.

 

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226730

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR