Tornado ABŞ-da 17 can aldı

Tornado ABŞ-da 17 can aldı
04:54 27 Dekabr 2015
22 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın cənub-şərqində - Missisipi, Tennessi və Arkanzas ştatlarında tufan və tornado nəticəsində həlak olanların sayı 17 nəfərə çatıb. Bu barədə ABC televiziyası məlumat yayıb.

 

 

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Missisipi ştatının hakimiyyət orqanları itkin düşmüş daha iki nəfərin həlak olduğunu təsdiqləyib. Beləliklə, son məlumata görə, təkcə bu ştatda təbii fəlakət on nəfərin həyatına son qoyub.

 

 

Dekabrın 24-25-də bir sutka ərzində ştat ərazisində ümumilikdə 14 tornado qeydə alınıb.

 

 

Sinoptiklər onlarla ştatın sakinlərini gözlənilən tornadolar barədə xəbərdar edib. Bu ştatların bəzilərində daşqın təhlükəsi elan olunub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226737

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR