Neftin ucuzlaşması İraq iqtisadiyyatını çökdürür

Neftin ucuzlaşması İraq iqtisadiyyatını çökdürür
05:46 27 Dekabr 2015
88 Digər
Ölkə mətbuatı
A- A+

“Qarşıdakı il İraq iqtisadiyyatı kiçilmədən çökəcək.” ANS PRESS-in məlumatına görə, bu sözləri İraq parlamenti İqtisadiyyat komissiyasının üzvü Əhməd əl-Hac deyib. Əl-Hac 2016-cı il üçün ölkə iqtisadiyyatının çöküşün astanasında olması barədə xəbərdarlıq edib.

“Neft və digər gəlirlər, 2016-cı il üçün nəzərdə tutulmuş büdcənin ancaq ¼-ni qarşılayır. Büdcədə planlaşdırılan və neftin barel qiymətinin 45 dollardan yuxarı hesablanaraq nəzərdə tutulduğu 71 milyard dollarlıq ixracat mümkünsüz görünür.”

Hökumət nümayəndəsi neftin barel qiymətinin hətta 1 dollar ucuzlaşmçasının büdcədə 1 milyard dollar kəsirə səbəb olacağını bildirib. “Qarşıdakı ilədə İraq iqtisadiyyatı kiçilmədən çöküşə doğru gedəcək. İndiki neft qiyməti büdcənin ancaq 25%-ni qarşılayacaq.”

Bir müddət əvvəl İraq parlamentində 2016-cı ilin 90 milyard dollarlıq büdcəsi səs çoxluğu8 ilə qəbul edilmişdi. Məclisdə təsdiq olunan büdcədə 21 milyard dolllarlıqü kəsir var. İraq gəlirlərinin 90%-ni qarşılayan neftin ucuzlaşması ölkəni iqtisadi böhrana aparır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=368265

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR